DÇ 2026-da mübarizəsi davam edir
Futbol üzrə dünya çempionatında G qrupunun ikinci turunda Misir millisi Yeni Zelandiya üzərində 3:1 hesablı tarixi qələbə qazanıb.Qrupun digər qarşılaşmasında isə Belçika və İran milliləri qolsuz heç-heçə ediblər. H qrupunda Uruqvay - Kabo Verde heç-heçə edib, İspaniya Səudiyyə Ərəbistanına 4 cavabsız qolla qalib gəlib. Bu günün ilk qarşılaşmasında saat 21:00-da Argentina Avstriyanı, daha sonra gecə saat 01:00-da Fransa yığması İraqı sınağa çəkəcək. Gecə yarı saat 04:00-da Norveç millisi Seneqalla üz-üzə gələcək. İordaniya isə saat 07:00-da Əlcəzairlə qarşılaşacaq.
22 iyun 2026

