DÇ-2026-da II turun oyunları start götürür
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turuna start verilir. A qrupunda bu gün saat 20:00-da Çexiya millisi Cənubi Afrika Respublikası ilə qarşılaşacaq. Qrupun digər görüşündə isə 19 iyun saat 05:00-da Meksika yığması Cənubi Koreya komandası ilə üz-üzə gələcək. B qrupunda bu gün saat 23:00-da İsveçrə Bosniya və Herseqovina ilə, gecə saat 02:00-də Kanada isə Qətər millisi ilə münasibətlərinə aydınlıq gətirəcək. Qeyd edək ki, dünya çempionatı iyulun 19-da başa çatacaq.
18 iyun 2026

