DÇ-2022-nin təqvimində dəyişiklik edilib
2021-04-02 10:12
Beynəlxalq Futbol Federasiyası 2022-ci il dünya çempionatının təqvimində dəyişiklik edib. Belə ki, turnirin açlış matçı noyabrın 21-də Bakı vaxtı ilə saat 14:00-da keçiriləcək və A qrupunda çıxış edən Seneqal və Niderland komandaları qarşılaşacaq. Daha əvvəl açılış matçında eyni qrupdan olan Qətər və Ekvador komandaları qarşılaşmalı idi. Bu matç eyni gündə Bakı vaxtı ilə saat 20:00-a keçirilib.
Vüsalə camal