DÇ-2022-də İtaliya Litvanı darmadağın edib, İngiltərə də qələbəni əldən verib
2021-09-09 10:10
2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VI tura yekun vurulub. 5 qrupda 12 qarşılaşma baş tutub. Almaniya səfərdə İslandiyanın qapısından 4 cavabsız top keçirib, Rumıniya isə Şimali Makedoniya ilə qolsuz heç-heçəyə razılaşıb. İspaniya Kosovonu məğlub edib. 2-0. İtaliya evdə Litvanı darmadağın edib. 5-0. Polşa millisi İngiltərə yığmasını sınağa çəkib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Fərid Mehdiyev