DÇ-2022-də İranın antirekordları məlum olub
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında B qrupunun İngiltərə - İran oyununda bir neçə antirekord və rekordlar qeydə alınıb. Avropa təmsilçisinin 6:2 hesablı qələbəsi ilə başa çatan oyunda altı oyunçu fərqlənib. İran seçməsi tarixində ikinci dəfə bir matçda qapısında altı qol görüb. Asiyalılar mundiallar tarixində eyni oyunda 6 əvəzetmə edən ilk milli kimi tarixə düşüb. İngiltərə ardıcıl ikinci böyük turnirdə bir matçda 6 dəfə fərqlənə bilib. Avropalılar sonuncu qollarını vurmaq üçün 35 ötürmədən yararlanıb. Bu, 1966-cı ildən sonra ən böyük göstəricidir. Bellingem və Saka İngiltərə tarixində ilk dəfə mundial matçında 21 və ondan daha az yaşda fərqlənən oyunçulardır.