DÇ-2022-də daha 2 qrupda mübarizəyə start verilir
Qətərdə təşkil olunan DÇ-2022 davam edir. Mundialın 3-cü oyun gününün ilk matçı C qrupunda baş tutacaq. Mundialın favoritlərindən hesab olunan Argentina millisi saat 14-də Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Bu qrupun digər matçında Meksika yığması Polşanı saat 20-də sınağa çəkəcək. D qrupunda Danimarka seçməsi Tunislə, Fransa isə Avstraliya ilə münasibətlərinə aydınlıq gətirəcək. Oyunlar müvafiq olaraq saat 17-də və 23-də başlayacaq.