Canlı
DÇ- 2018-də 1/4 final mərhələsinə bu gün start veriləcək

2018-07-06 / 12:06

Bu gün dünya çempionatında 1/4 final mərhələsinə start veriləcək. İlk oyun günündə 2 yarımfinalçı müəyyənləşəcək. Əvvəlcə saat 18:00-da meydana Fransa və Uruqvay çıxacaq. Günün saat 22:00-da başlayacaq ikinci oyununda isə Cənubi Amerika və Avropa təmsilçisi üz-üzə gələcək. Mundialın favoritlərindən olan Braziliya Belçikanı sınağa çəkəcək.

Vəfa Şairova