Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb
Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi olub. İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus Sadatlı kəndində qəzaya düşüb. Nəticədə iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Azad Mustafayev