Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlanıb
Cəbrayıl rayonunun Horovlu kəndinə ilk köç cari ilin ikinci yarımilinə nəzərdə tutulub. Kəndə 334 ailənin köçürülməsi nəzərdə tutulur. Ərazidə bərpa-quruculuq işləri aparılır, müasir infrastruktur formalaşdırılır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib ki, Xankəndinin Kərkicahan qəsəbəsinə isə 78 ailənin köçürülməsi planlanlaşdırılır.
Fərid Mehdiyev