Cəbrayılda şirkət əməkdaşı mina partlayışı nəticəsində xəsarət alıb
Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib. ANAMA-nın məlumatına görə, mina partlayışı nəticəsində şirkət sürücüsü, 1972-ci il təvəllüdlü İlqar Heybət oğlu Əhmədov xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.