Cəbrayılda sursat partlayıb, ANAMA-nın əməkdaşı ölüb, yaralılar var
Cəbrayılda minatəmizləmə prosesi zamanı sursat partlayışı baş verib. ANAMA əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
Vüsalə Cənnətova