Cüdoçularımız Avropa çempionatının yarımfinalda bir-birinə rəqib olublar
Azərbaycanın iki yeniyetmə cüdoçusu Bolqarıstanda keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıblar. Bahadır Feyzullayev və Məhəmmədəli Hüsiyev bu raundda bir-birilərinə rəqib olublar. 1/4 finalda uduzan Nihad Rəhimov, Leyla Ələkbərova və Diana Eldarova təsəlliverici görüşə çıxacaqlar. Eldarova bürünc medal uğrunda görüşə çıxmaq üçün iki qarşılaşmada qalib gəlməlidir.
Vüsalə Cənnətova