Cüdo üzrə dünya çempionatına 11 idmançımız qatılacaq
Əbu-Dabida keçiriləcək cüdo üzrə dünya çempionatında Azərbaycan 9 kişi və 2 qadın ilə təmsil olunacaq. 100-dən çox ölkədən 700-ə yaxın idmançının iştirak edəcəyi yarış 19-23 may aralığında gerçəkləşəcək.
Vüsalə Cənnətova