Cüdo məşqçiləri Dan dərəcələri üzrə seminar və imtahana qatılıb
Azərbaycan Cüdo Federasiyası Dan dərəcələri üzrə ilk dəfə seminar və imtahan təşkil edib. Məqsəd Dan sisteminə uyğun olaraq məşqçilərin bacarıqlarını qiymətləndirmək və müəyyən etməkdir. Seminar və imtahanı uğurla başa vuran iştirakçılara müvafiq Dan dərəcəsi üzrə bilik və bacarıqlarını təsdiq edən sertifikat veriləcək. İmtahana 50 cüdo məşqçisi qatılıb.
Fərid Mehdiyev