Culfada avtomobil təmiri sexində yanğın olub
Culfada ümumi sahəsi 20 m² olan avtomobil təmiri sexində yanğın olub. Nəticədə sexin içərisində təmirə dayanmış “Mercedes” markalı minik avtomobil tamamilə yanıb. Alov söndürülüb, xəsarət alan olmayıb. Yanğına səbəb təmir sexindəki avtomobilin motorxanasında elektrik naqillərində yaranan qısaqapanma olub.
Nərgiz Camalzadə