Covid xəstələrinin ziyarətləri ilə bağlı qadağa davam edir - TƏBİB
2021-04-05 14:12
Xəstəxanalarda stasionar müalicə alan şəxslərin ailələri tərəfindən ziyarət edilməsi məsələsinə aydınlıq gətirilib. TƏBİB-in mətbuat katibi Zamirə Adilova xəstə ziyarətləri ilə bağlı qadağanın davam etdiyini bildirib. Qeyd edib ki, yoluxma tempində kəskin azalma ilə əlaqədar bir sıra yumşalmalar edilsə də, müalicə alan şəxslərin xüsusi həssas kateqoriyaya aid olduğu nəzərə alınaraq ziyarətlə bağlı qadağa qüvvədə qalır.
Nərgiz camal