2020-04-29 16:09
COVID-19 virusuna qarşı bütün tədbirlər əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi naminə həyata keçirilir. Ötən müddət ərzində ölkə ərazisində virusun geniş yayılmasının qarşısını məhz dövlət-vətəndaş həmrəyliyinin nəticəsində almaq mümkün olub. Bu baxımdan, hər bir şəxsi sosial məsuliyyətdən irəli gələrək dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmağa, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq. Sevindirici haldır ki, son günlər ölkədə koronavirusa yoluxma hallarının sayında böyük dərəcədə azalma müşahidə olunur. Lakin TƏBİB və ÜST nümayəndələrinin də dediyi kimi, hələ uzun müddət ərzində düşmənin bizi birdəfəlik tərk edəcəyini gözləmək olmaz. Koronavirus ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzi kimi tövsiyə edilir. Və sonda Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının 24 saat aktiv olan qaynar xəttini nəzərinizə çatdıraq. Hər hansı sualınız olarsa, bununla bağlı 022 256 15 04 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağlamlığımız ən vacib dəyərlərdən biridir, onu qorumaqsa məhz öz əlimizdədir.
Vüsalə Camal