COVİD-19-la bağlı qoruyucu tədbirlərə riayət etmə səviyyəsi qane etmir
2020-11-23 12:02
Bu gün biz mütəxəssisləri insanların COVİD-19-la bağlı qoruyucu tədbirlərə riayət etmə səviyyəsi qane etmir. Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, qapalı məkanlarda bu virusun yayılması üçün daha çox şərait var. Xüsusilə mülayim temperatur və rütubətin az olduğu yerlərdə nəinki asqıranda və öskürəndə, hətta hündürdən danışdıqda da, virus hissəcikləri ətrafa yayılır.
Vəfa Şairova