Coratda avtomobil yanıb
Sumqayıtın Corat qəsəbəsində şəhər sakini, 1948-ci il təvəllüdlü Aslan Məmmədova məxsus fərdi yaşayış evinin talvarı və həyətdə olan "Kia" yanıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xəsarət alan yoxdur.
Nərgiz Camalzadə