COP29 prosesində Azərbaycana dəstək üçün BMT-də xüsusi işçi qrup yaradılıb
Azərbaycanın məqsədi dünya ölkələri arasında iqlim dəyişmələri mövzusunda birgə fəaliyyətin gücləndirilməsidir. Bunu BMT Baş katibinin xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edən Prezidenti İlham Əliyev bildirib. Selvin Çarlz Hartsa deyib ki, BMT Baş katibi COP29-da iştirak etmək niyyətindədir. COP29 prosesində Azərbaycana zəruri dəstək üçün BMT ailəsi səfərbər edilib. Xüsusi işçi qrup yaradılıb. Bu yaxınlarda BMT-nin İnkişaf Proqramının nümayəndə heyətinin Azərbaycana səfər edəcəyi də vurğulanıb.
Vüsalə Cənnətova