COP29 çərçivəsində keçiriləcək dini liderlərin sammitinə hazırlıq müzakirə olunub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə COP29 konfransı çərçivəsində dünya dini liderlərinin sammitinin keçirilməsi istiqamətində hazırlıq işlərini müzakirə edib. Görüşdə dövlət-din münasibətlərinin daha da təkmilləşdirilməsi, ölkədə fəaliyyət göstərən dini icmalar arasında maarifləndirmə sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Zülfiyyə Telmanqızı