Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 25-də ölkə ərazisində 50 cinayət faktı qeydə alınıb, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin də açılması təmin edilib. Axtarışda olan 104 nəfər, o cümlədən 63 borclu şəxs saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə bağlı 16, qanunsuz silah-sursatla bağlı isə 19 fakt aşkarlanıb. Cinayət törətməkdə şübhəli bilinən 53 şəxs saxlanılıb.