Ceyhun Bayramovun Leo Dokertlə görüşü olub
Xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa üzrə dövlət naziri Leo Dokertlə görüşündə Ermənistanın destruktiv mövqeyindən söz açıb. Ölkəmizin sülh sazişinin imzalanması təşəbbüsü, bu istiqamətdə səyləri barədə qarşı tərəf məlumatlandırılıb. Nazirlər Laçın yolunda etirazların müxtəlif aspektləri üzrə müzakirə aparıblar.
Vüsalə Cənnətova