Ceyhun Bayramovun Estoniya Xarici İşlər naziri Urmas Reinsalu ilə də telefon danışığı baş tutub
2020-09-28 09:06
Xarici İşlər naziri Ceyhun Bayramovun İran Xarici İşlər naziri ilə telefon danışığı zaamnı Məhəmməd Cavad Zərif gərginliyin azaldılması üçün lazımı addımların atılmasının əhəmiyyətini vurğulayıb və İranın bu xüsusda hər zaman yardımçı olmağa hazır olduğunu bildirib. Ceyhun Bayramovun Estoniya Xarici İşlər naziri Urmas Reinsalu ilə də telefon danışığı baş tutub. Bölgədə davam edən gərgin vəziyyətdən narahatlığını ifadə edən Estoniya xarici İşlər naziri, tərəfləri təmkinli davranmağa çağırıb və münaqişənin dialoq yolu ilə həllinin vacibliyini qeyd edib.
Fərid Mehdiyev