Ceyhun Bayramovla Türkiyəli həmkarı arasında telefon danışığı olub
Xarici işlər naziri Ceyhun Bayramov və Türkiyəli həmkarı Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub. Zəlzələ nəticəsində zərərçəkən əhalinin xilas olunması, humanitar yardım göstərilməsi istiqamətində aparılan əməliyyatların son vəziyyəti müzakirə edilib. Telefon danışığı zamanı, həmçinin bölgədə mövcud vəziyyət, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nərgiz Camalzadə