Ceyhun Bayramovla İran Xarici işlər naziri arasında telefon danışığı olub
Xarici işlər naziri Ceyhun Bayramov və İran Xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub. Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Vüsalə Cənnətova