Ceyhun Bayramov: “Mandatı tükənmiş Minsk qrupunun saxlanılmasına heç bir ehtiyac yoxdur”
Dünya düzənində hazırda qeyri-müəyyənlik tendensiyası var. İstənilən halda, fundamental prinsiplərə hörmət edilməlidir. Dünya ictimaiyyəti hansısa dövlətlərin maraqlarından ibarət deyil. Bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri İan Borq ilə birgə mətbuat konfransında bildirib. Azərbaycanın uzun illər ərzində ATƏT-dəki dövlətlərin ədalətli mövqeyini görmədiyini deyən nazir Minsk qrupunun Ermənistan-Azərbaycan münaqişəsinin həllinə heç bir fayda vermədiyini də diqqətə çatdırıb.
Vüsalə Cənnətova