Ceyhun Bayramov və Karen Donfrid Azərbaycan-Ermənistan arasında sülh prosesi barədə ətraflı müzakirə aparıblar

Xarici işlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub. Tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin cari gündəliyi, regionda vəziyyət və Azərbaycan-Ermənistan arasında sülh prosesi barədə ətraflı müzakirə aparıb. Nazir Ceyhun Bayramov Laçın yolunda etiraz aksiyasının legitim olduğunu və aksiyanı həyata keçirən şəxslərin tələblərinin yerinə yetirilməsinin zəruri olduğunu vurğulayıb. Bölgədə guya “blokada” və “çətin humanitar vəziyyət” barədə heç bir dəlillərin olmadığı barədə faktlar diqqətə çatdırılıb. Ermənistan tərəfindən sülh sazişi üzrə danışıqlara törədilən maneələr bir daha xatırlanıb.
Nərgiz Camalzadə

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik