Ceyhun Bayramov UNICEF-in regional direktoru ilə mina təhdidini müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramov UNICEF-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru, Avropada qaçqın və miqrant məsələləri üzrə xüsusi əlaqələndirici Regina de Dominitsis ilə görüşüb. Ceyhun Bayramov mina təhdidi ilə mübarizə sahəsində UNICEF-lə əməkdaşlıq çərçivəsində aparılan maarifləndirmə fəaliyyətindən bəhs edərək, bu istiqamətdə beynəlxalq ictimaiyyətin diqqətini də bu təhdidə çəkməyin vacibliyini vurğulayıb.
Fərid Mehdiyev