Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak edib
Xarici işlər naziri Ceyhun Bayramov Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransında iştirak edib.Müzakirələr zamanı nazir Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstək barədə məlumat verərək deyib ki, Azərbaycan humanitar yardımların çatdırılması, ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarının həyata keçirilməsi və müharibədən zərər çəkmiş icmaların bərpasına yönəlmiş layihələri dəstəkləyir.Görüşlərdə münaqişələrin humanitar nəticələrinin aradan qaldırılması və postmünaqişə dövründə bərpa proseslərinə beynəlxalq dəstəyin vacibliyi vurğulanıb.Ceyhun Bayramov Azərbaycanın Ukraynaya humanitar yardım göstərməyə bundan sonra da hazır olduğunu bəyan edib.
25 iyun 2026

