Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin komissiya sədrini qəbul edib
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin komissiya sədri Mahmut Özəri qəbul edib. İki ölkə arasında strateji münasibətlərin Cənubi Qafqaz regionunda dayanıqlı sülh və inkişafın təminində əsas faktor olduğu qeyd edilib. Azərbaycan-Türkiyə Universitetinin yaradılması ilə əməkdaşlığın daha da gücləndiriləcəyinə əminlik ifadə edilib.
Vüsalə Cənnətova