Ceyhun Bayramov təhsildəki nöqsanlardan danışıb

2019-09-11 14:47

Bəzi məktəblərdə arxayınlıq var ki, şagirdlər əlavə hazırlıq hesabına imtahanlara müstəqil hazırlaşa bilərlər. Hesab edirik ki, artıq bu işdə köklü bir yanaşmanın və dəyişikliyin zamanı yetişib. Bunu nazir Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında deyib. Onun sözlərinə görə, qarşıda duran vacib məsələlərdən biri bütün məktəblərdə tam orta təhsil səviyyəsində məktəb daxilində keyfiyyətli təhsilin təmin edilməsidir.

Ruhəngiz Hacızadə