Ceyhun Bayramov Türkiyəyə səfərə yollanıb
2021-06-17 16:12
Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə yola düşüb. Səfər çərçivəsində nazirin Antalya Diplomatiya Forumunda çıxışı, habelə həm Türkiyə tərəfinin rəsmiləri, həm də Forumda iştirak edən xarici nümayəndələr ilə çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Nərgiz camal