Ceyhun Bayramov Türküstanda TDT XİN başçılarının görüşündə iştirak edib
Xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Türküstan şəhərində keçirilən iclasında iştirak edib.Ceyhun Bayramov Azərbaycanın 2026–2028-ci illər üzrə Rəqəmsal İnkişafın Sürətləndirilməsi Fəaliyyət Planı və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı” yenidənqurma layihələri barədə məlumat verərək deyib ki, Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiyasının Bakıda keçirilməsi Azərbaycanın dayanıqlı şəhərsalma siyasətinin göstəricisidir.
15 may 2026

