Ceyhun Bayramov Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini ilə görüşüb
Xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Valid bin Abdulkərim Əl-Xureyci ilə görüşüb. İki ölkə arasında ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq formatlarda faydalı əməkdaşlığın mövcud olduğunu vurğulayan nazir Ceyhun Bayramov beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd edib. Azərbaycanın Ermənistanla sülh prosesi istiqamətində atdığı addımlar, işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri barədə qarşı tərəf məlumatlandırılıb. Tərəflər, həmçinin müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Nərgiz Camalzadə