"Bölgədə kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizinin işə salınması istiqamətində Azərbaycanın atdığı addımlar Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə üzləşir" bunu Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı üzv ölkələrin səfirləri ilə görüş zamanı deyib. Nazir həmçinin Azərbaycanın Şərq-Qərb Dəhlizində tutduğu yerin, o cümlədən bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib. Post-münaqişə mərhələsində regionda yaranmış yeni reallıqlar haqqında danışan Ceyhun Bayramov, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, habelə mina təhlükəsi, Ermənistanın sülh prosesinə xələl gətirən təxribatları haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.