Ceyhun Bayramov Rusiyalı həmsədri Gəncənin vurulması barədə məlumatlandırıb
2020-10-04 18:07
Xarici işlər naziri Ceyhun Bayramovla ATƏT-in Minsk Qrupunun Rusiyalı həmsədri İqor Popov arasında telefon danışığı olub. Rusiyalı həmsədr bölgədəki artan gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxslərini və obyektlərini qəsdən atəşə tutması barədə məlumatlandırılıb. Nazir təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Gəncəni hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğulayıb. Nazir Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının bölgədə sülhün təmin edilməsi üçün mühüm şərt olduğunu qeyd edib.
Nərgiz Camal