Ceyhun Bayramov rusiyalı həmkarı ilə regiondakı təhlükəsizlik məsələlərini müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzini qəbul edib. Görüşdə Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət və humanitar istiqamətləri, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.Tərəflər qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, Hökumətlərarası Dövlət Komissiyasının iqtisadi əməkdaşlığın inkişafında rolunu qeyd ediblər.Görüşdə əməkdaşlığın gələcək perspektivləri də nəzərdən keçirilib.
15 aprel 2026

