Ceyhun Bayramov Qazaxıstanın XİN rəhbəri ilə görüşüb
COP29 əməkdaşlıq üçün yeni platformadır. Bunu Xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanda bu ölkənin Xarici İşlər Naziri Murat Nurtleu ilə görüşdə deyib. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın geniş perspektivlər vəd etdiyi də diqqətə çatdırılıb. Ceyhun Bayramov Azərbaycan ilə Ermənistan arasında ikitərəfli sülh prosesinin irəliləməsi istiqamətində göstərdiyi dəstəyə və fəallığa görə Qazaxıstan tərəfinə təşəkkür edib. Bugünkü danışıqların prosesə töhfə verəcəyinə dair inam ifadə olunub.
Vüsalə Cənnətova