Ceyhun Bayramov Pekka Haavistonu Ermənistanın sərhəddə törətdiyi təxribatlar barədə məlumatlandırıb
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində görüşdüyü Finlandiyanın xarici işlər naziri Pekka Haavistonu Ermənistanın sərhəddə törətdiyi təxribatlar barədə məlumatlandırıb. Uqandanın vitse-prezidenti Cessika Roz Epel Alupo ilə görüşdə Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətlər və gələcək planlar barədə müzakirə aparılıb. Laosun və Nikaraquanın xarici işlər nazirləri ilə görüşlərdə də ikitərəfli münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi olub.