Ceyhun Bayramov Moldovanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
Xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Aleksandr Yesaulenko ilə görüşüb. Ceyhun Bayramov səfir Aleksandr Yesaulenkonun etimadnaməsinin surətini qəbul edib, səfirə təyinatı münasibətilə təbrikini çatdırıb və ona fəaliyyətində uğurlar arzulayıb.