Xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanda keçirilən Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının iclasında artan qlobal gərginlik fonunda beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasının, eləcə də qarşılıqlı hörmət və əməkdaşlığın regional sabitlik və təhlükəsizlik üçün əhəmiyyətini vurğulayıb.Ceyhun Bayramov Azərbaycanın MDB ölkələri ilə ticarət, iqtisadiyyat və nəqliyyat sahələrində əməkdaşlığın inkişafına önəm verdiyini bildirib. O, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafının regionun tranzit və iqtisadi potensialına töhfə verdiyini qeyd edib.Nazir Azərbaycanın MDB dövlətləri ilə mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiq olduğunu vurğulayıb.
07 oktyabr 2026

