Ceyhun Bayramov Livia Leu arasında görüş keçirilib
Cenevrədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Livia Leu arasında görüş keçirilib. Ceyhun Bayramov Ermənistan xarici işlər naziri ilə görüşün nəticələri ilə bağlı öz təəssüratlarını İsveçrə tərəfi ilə bölüşüb. Səylərin postmünaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə tərəfimizdən müqavilənin elementlərinin Ermənistan tərəfinə təqdim olunduğu qeyd edilib.