Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb. “Azərbaycan və İran hökumətləri arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində işlərin sürətləndirilməsinin əhəmiyyəti qeyd olunub. Ceyhun Bayramov bölgədə Ermənistanın silahlandırılması səylərinin sülh və sabitliyə təhdid olduğunu da vurğulayıb. Görüşdən sonra nazir jurnalistlərə Xarici İşlər Nazirləri Şurasının iclası və gələn ilin martında Bakıda Xəzəryanı dövlətlərin yüksək səviyyəli işçi qrupun görüşünün keçiriləcəyi barədə açıqlamalar verib.

Vüsalə Cənnətova

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik