Ceyhun Bayramov İqor Xovayev ilə görüşüb
Xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinin, sülh sazişi üzrə danışıqların cari vəziyyəti, Laçın yolunda etirazların müxtəlif aspektləri müzakirə edilib. Ceyhun Bayramov ölkəmizin həm ərazilərinin işğalı dövründə, həm də postmünaqişə dövründə göstərdiyi konstruktiv yanaşmalara, 44 günlük müharibədən sonra sülh prosesi üzrə təklifləri irəlilətməsinə baxmayaraq, Ermənistanın prosesə daim maneçilik törətdiyini qeyd edib.
Fərid Mehdiyev