Ceyhun Bayramov ilə Toivo Klaar arasında telefon danışığı baş tutub
2021-04-12 18:01
Xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı baş tutub. Tərəflər, bölgədə baş verən son hadisələr, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımların atılması, o cümlədən gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Nərgiz camal