Xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirmə görüşündə iştirak edib. Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycan ərazilərinin işğalı və post-münaqişə dövründə İƏT-in ölkəmizə göstərdiyi geniş və davamlı dəstəyə görə təşəkkür edib. Azərbaycan bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində addımları barədə məlumat verilib. BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi də Azərbaycana Qoşulmama Hərəkatına sədr kimi aktiv liderliyinə görə təşəkkür edib. Ceyhun Bayramovla görüşdə regionda və ondan kənarda sülh, təhlükəsizlik, ərzaq və enerji məsələləri müzakirə edilib.