Ceyhun Bayramov Hissein Brahim Taha ilə görüşüb
Xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha ilə görüşüb. İƏT-in ənənəvi olaraq Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə, ərazi bütövlüyü və suverenliyinə dəstək verdiyi minnətdarlıqla vurğulanıb. Ermənistanın ölkəmizə qarşı son təxribatları barədə ətraflı məlumat təqdim edilərək, vəziyyətlə bağlı verilmiş bəyanatın əhəmiyyəti qeyd olunub. Azərbaycanın təşkilatla səmərəli əməkdaşlığı davam etdirməkdə qətiyyətli olduğu bildirilib.