Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistanın ölkəmizə yeni təyin olunmuş səfiri Abhay Kumar ilə görüşüb.Görüşdə iki ölkə arasında münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb. Tərəflər enerji, turizm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə edib. Xüsusilə Hindistanın “ONGC Videsh” şirkətinin Azərbaycandakı enerji layihələrində iştirakı diqqətə çatdırılıb. Hindistan tərəfi həmçinin İran üzərindən vətəndaşlarının təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.
01 aprel 2026

