Ceyhun Bayramov Fransisko Andre ilə görüşüb
Xarici işlər naziri Ceyhun Bayramov Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin beşinci Konfransında iştirakı çərçivəsində Portuqaliyanın Xarici Əlaqələr və Əməkdaşlıq üzrə dövlət katibi Fransisko Andre ilə görüşüb. Nazir qarşı tərəfə bölgədə münaqişə sonrası mövcud vəziyyət, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərindən bəhs edib. Azərbaycanın sülh quruculuğu səylərinə baxmayaraq, Ermənistanın təxribatlardan əl çəkmədiyi, öhdəliklərinə zidd olaraq ərazilərimizdən silahlı qüvvələrini çıxarmadığı, mina təhdidlərini davam etdirdiyi diqqətə çatdırılıb. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıb.
Nərgiz Camalzadə